Press "Enter" to skip to content

Şamanlar da müsəlman və xristianlarla bərabər status tələb edir

Son yeniləmə: 9 Avqust 2021 13:35

Bayraqdar.info – Avqustun 6-8-də Tıva Respublikasının (Rusiya) Qızıl şəhərində Ümumrusiya Şamanlarının 3-cü qurultayı keçirilib.

Bu haqda xəbəri Rusiyanın Ali Şamanı Kara-ool Dopçun-ool öz sosial media hesabında paylaşıb.

Qurultayda Rusiyanın müxtəlif bölgələrindən şamanlar iştirak edib. Qurultay iştirakçıları K.Dopçun-oolun “Rusiyada şamanizmin durumu və inkişaf perspektivləri” mövzusunda məruzəsini dinləyiblər.

Daha sonra “şamanizmin əsasları”, “şamanın şərəf kodeksi”, “əsas şaman qaydaları” və s. kimi məsələlər müzakirə edilib. Müzakirə edilən məsələlər arasında şamanizmi gözdən salan ləyaqətsiz hərəkətlər də olub.

Qurultay iştirakçıları şamanizmin xristianlıq, islam və buddizm kimi dövlət səviyyəsində tanınması ilə bağlı Rusiya rəhbərləyinə müraciət məsələsini də müzakirə ediblər.

Sonda mərkəzləşdirilmiş bölgələrarası şaman dini qurumunun təşkili müzakirə edilib.

Əlavə edək ki, Rusiya mediası şamanların bu əlamətdar qurultayını işıqlandırmaqda xəsislik nümayiş etdirib.

Onu da qeyd edək ki, qurultay çərçivəsində COVID-19-a qarşı mərasim də keçirilib.

Mission News Theme by Compete Themes.