Press "Enter" to skip to content

Əlahiddə Ümumqoşun Ordusu aktiv məşğələlərə başlayıb – VİDEO

Bayraqdar.info – Müdafiə Nazirliyindən verilən məlumata görə, avqustun 10-da Əlahiddə Ümumqoşun Ordunun tank və mexanikləşdirilmiş birləşmələri yeni tədris dövrünə aktiv məşğələlərə başlayıb.

Şəxsi heyətin döyüş meydanında hədəfləri ilk atəşlə məhv etmək vərdişlərinin təkmilləşdirildiyi məşğələlər davam edir.

“Ordu birləşmələrindəki Təlim-Tədris Mərkəzlərindəki müxtəlif məşq qurğularında şəxsi heyətin mərmi və yanacaq sərf etmədən qazandığı bacarıqlar səhra şəraitində təşkil olunan məşğələlərdə yerinə yetirilən tapşırıqların icra vəziyyəti ilə qiymətləndirilir.

“Məşğələlərdə əsas diqqət zirehli texnikaların ekipajlarına 44 günlük Vətən müharibəsində döyüş sahəsində qazanılmış təcrübənin mənimsədilməsinə yönəldilib.

“Hazırda təlim mərkəzlərində heyətlərin döyüş əməliyyatları zamanı tankları, piyadaların döyüş maşınlarını və zirehli transportyorları idarəetmə vərdişləri təkmilləşdirilir. Zirehli texnikanın ərazidə təbii və süni maneələri dəf etməklə sürülməsi icra edilir, müxtəlif manevrlər və atışlar həyata keçirilir”, – deyə Nazirliyin məlumatında qeyd edilir.

Mission News Theme by Compete Themes.