Press "Enter" to skip to content

İlham Əliyevin ən qatı əleyhdarı onun tərəfdarı olduğunu bildirdi

Bayraqdar.info – 1995-ci ildə baş vermiş məlum silahlı qiyam yatırılarkən öldürülmüş Rövşən Cavadovun qardaşı, əvvəlcə İranda, hazırda isə Avstriyada mühacir həyatı yaşayan Mahir Cavadov Prezident İlham Əliyevi dəstəklədiyini bəyan edib.

Özünün sosial media hesabında bir neçə gündür bununla bağlı açıqlamalar yayan, suallara, onu qınayanlara cavab verən M.Cavadov deyir: “Camaat! Mən Azərbaycanı xaricdə, müharibədə təmsil edən Prezidentin tərəfdarıyam. Uğurlu 2-ci Qarabağ müharibəsindən sonra İlham Əliyevin tərəfdarı oldum. İ.Əliyevə müraciətdə ona görə “CƏNAB” sözünü dırnaq arasına almıram ki, 1988-95-ci illərdə bizim Azərbaycan naminə görə bilmədiyimiz işləri o, görə bilmşdir”.

Göründüyü kimi, Müzəffər Ali Baş Komandan İ.Əliyevin illərdir təmkinlə apardığı siyasət nəticəsində Vətən torpaqlarının azad edilməsi onun ən qatı əleyhdarlarını da biganə qoymur. Ona görə də M.Cavadov və onun kimi illərlə İ.Əliyevə qarşı olanlar artıq Prezidentin, iddia edildiyi kimi, Azərbaycan torpaqlarını ermənilərə “satmadığını” əməldə gördükdən sonra əmin olublar ki, ən doğru seçim elə hazırkı ölkə başçısıdır.

Bu arada onu da əlavə edək ki, məlum kateqoriyadan olan qaragüruh M.Cavadovun bu seçimini top-tüfənglə qarşılayaraq İ.Əliyevə qarşı hər zamankı kimi hədlərini aşacaq şərhlər yazıblar. Lakin M.Cavadov onların cavabını uyğun və təmkinli bir tərzdə verib.

Mission News Theme by Compete Themes.