Press "Enter" to skip to content

DİM-dən qəbul imtahanlarının nəticələri ilə bağlı açıqlama

Dövlət İmtahan Mərkəzi

Bayraqdar.info – Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə iyulun 27-28-də keçirilmiş qəbul imtahanlarının nəticələri açıqlanıb.

DİM-dən bayraqdar.info-ya bildirilib ki, imtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə Mərkəzin saytında tanış ola bilərlər.

“Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

“İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 33 min 610 abituriyentdən (I qrup üzrə 28 min 605 nəfər, IV qrup üzrə 5 min 5 nəfər) 1 min 878 nəfəri (I qrup üzrə 1 min 696 nəfər, IV qrup üzrə 182 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 26 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

“Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 11 nəfər – Qubadlı rayonu Çaytumas kənd orta məktəbi, Bakı şəhəri 217 və 297 saylı orta məktəblər, Sumqayıt şəhəri 11 saylı orta məktəb (2 nəfər), “İstedad” liseyi, Şəki şəhəri 18 saylı şəhər orta məktəbi, Quba rayonu Bağbanlı kənd orta məktəbi, Abşeron rayonu Xırdalan şəhər 2 saylı orta məktəbi, Şirvan şəhəri 1 saylı şəhər orta məktəbi, Qazax rayonu 1 saylı şəhər orta məktəbin məzunları göstəriblər.

“Sumqayıt şəhəri, 11 saylı orta məktəbin məzunu hər iki mərhələnin cəminə görə 697.1 bal toplayıb və bu nəticə I ixtisas qrupu üzrə ən yüksək baldır.

“Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 400 bal toplayan 2 nəfər – Cəbrayıl rayonu, Sirik kənd orta məktəbi və Quba rayonu, Rustov kənd orta məktəbinin məzunları göstəriblər. Cəbrayıl rayonu, Sirik kənd orta məktəbinin (Ə.Veysəlov adına) məzunu hər iki mərhələnin cəminə görə 692.5 bal toplayıb və bu nəticə IV ixtisas qrupu üzrə ən yüksək baldır.

“Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır”, – deyə DİMin xəbərində qeyd edilir.

Daha sonra bildirilir ki, imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən avqustun 13-dən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.

“Apellyasiya Komissiyasına müraciət etməzdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri və qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. DİM abituriyentlərin nəzərinə çatdırır ki, bu tip müraciətlərə baxılmayacaq.

“Komissiyaya müraciət etmək istəyənlər 11-13 avqust tarixlərində apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.

QEYD: DİM 14-15 iyul tarixlərində II və ya III ixtisas qrupu üzrə imtahan vermiş və nəticələri ilə əlaqədar Komissiyaya müraciət etmiş abituriyentlərin nəzərinə çatdırır ki, komissiya artıq öz işini yekunlaşdırıb və nəticələrində dəyişiklik edilmiş şəxslərin səhifəsində müvafiq düzəlişlər öz əksini tapıb”, – deyə DİM-in xəbərndə vurğulanır.

Mission News Theme by Compete Themes.