Press "Enter" to skip to content

Türkiyə səfiri Cahit Bağcı ATİB-in ofisini ziyarət edib

Bayraqdar.info – Avqustun 10-da Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisini ziyarət edib.

Bu barədə bayraqdar.info-ya avqustun 11-də ATİB-dən məlumat verilib.

Bildirilib ki, ziyarət zamanı səfirlə ATİB rəhbərliyinin görüşü də olub. Görüşdə ATİB İdarə Heyətinin sədri Cemal Yangın, sədrin müavini Mürsəl Rüstəmov, İdarə heyətinin üzvləri Rafiq Qarayev, Azər Hətəmov, Kaya Karslı, Gürsu Baskan və baş katib Pərvanə Hacıyeva iştirak edib.

Qeyd olunub ki, səfiri salamlayan Cemal Yangın onu ATİB-də görməkdən böyük şərəf duyduğunu bildirib. Səfir C.Bağcıya ATİB-in fəaliyyəti barədə ətraflı məlumat verən sədr, Azərbaycan-Türkiyə dostluğunun daim sarsılmaz olduğunu deyib.

Çıxışına Qarabağ zəfəri ilə bağlı təbriklərini səsləndirməklə başlayan səfir Türkiyənin ilk dəqiqələrdən etibarən Azərbaycanın haqlı davasında yanında olduğunu bildirib. Diplomat Türkiyənin Azərbaycana böyük siyasi və mənəvi dəstək nümayiş etdirdiyini bildirib. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Qarabağın işğaldan azad olunması vəsiyyətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın güclü xalqı və qəhrəman ordusu tərəfindən uğurla yerinə yetirildiyini vurğulayıb.

Görüş zamanı ATİB və səfirlik arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Mission News Theme by Compete Themes.