Press "Enter" to skip to content

Əlilliyi olan şəxslərin əl işlərinin sərgisi təşkil olunub – Sumqayıtda

Bayraqdar.info – 2019-2020-ci illərdə və cari ilin ötən dövründə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Onlardan biri də Sumqayıt Reabilitasiya Mərkəzidir.

Bu barədə bayraqdar.info-ya avqustun 12-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Sumqayıt Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslər üçün müxtəlif tədbirlər keçirilir. Bu günlərdə isə burada bərpa müalicəsi kursu keçən əlilliyi olan şəxslərin əl işlərinin sərgisi təşkil olunub: “Məqsəd bu kateqoriyadan olan şəxslərin istedad və bacarıqlarının, yaradıcılıq nümunələrinin cəmiyyətə tanıdılması, yaradıcılıq imkanlarına, fəaliyyətlərinin stimullaşdırılmasına, cəmiyyətə inteqrasiyasına dəstək verilməsidir”.

O da vurğulanıb ki, müəssisədə müasir tələblərə uyğun şərait yaradılıb. Həmçinin müəssisədə səmərəli fizioterapevtik üsulların tətbiqi əsasında, müasir avadanlıqlardan istifadə olunmaqla əlilliyi olan şəxslərə tibbi-sosial reabilitasiya xidmətləri göstərilir. Eyni zamanda, onların peşə-əmək reabilitasiyasının təşkili işləri də aparılır.

Mərkəzdə əlilliyi olan şəxslərin peşə-əmək qabiliyyəti nəzərə alınaraq onların ümumi və xüsusi təlim proqramları əsasında peşə hazırlığı da təşkil edilir. Onlar üçün toxuculuq, daş tozundan fiqurların və s. düzəldilməsi kursları təşkil edilib.

Sərgi çərçivəsində mərkəzdə peşə-əmək reabilitasiyası işinin təşkili üçün yaradılan əmək terapiyası otağının təqdimatı da olub.

Mission News Theme by Compete Themes.