Press "Enter" to skip to content

Batı Trakyada antitürk siyasəti davam edir

Son yeniləmə: 12 Avqust 2021 14:50

Erdem Hüseyin: Dövlətin şagird azlığı və qənaət tədbirləri bəhanəsi ilə məktəblərimizə kilid vurması Lozanna anlaşmasına ziddir

Bayraqdar.info – Batı Trakyanın Rodop əyalətindəki Kozlukebir Bələdiyyəsinin ana müxalifət fraksiyasının rəhbəri olan əczaçı Erdem Hüseyin Yunanıstanın azlıq məktəblərinin bağlanması qərarına sərt reaksiya verib. O, Bələdiyyə başqanı Əhməd Rıdvanı bu qərara qarşı lazımi şəkildə müqavimət göstərməməkdə günahlandırıb.

Birlik Gazetesinin məlumatına görə, E.Hüseyin yaydığı açıqlamada “Azlıq məktəbləri qırmızı cizgimizdir və müxtəlif bəhanələr gətirilərək bağlanıla bilməz” sözlərinə yer verib.

E.Hüseyin deyib ki, dövlətin şagird azlığı və qənaət tədbirləri bəhanəsi ilə məktəblərimizə kilid vurması Lozanna anlaşmasına ziddir: “Hər tədris ilinin əvvəlində hardasa bir adət halına gələn azlıq məktəblərinin şagird çatışmazlığı bəhanəsi ilə bağlanması qərarının bu il də həyata keçirildiyini görmək bizi bir daha məyus etdi. Bu il Batı Trakyada – Rodopda 8 və İskeçedə 4 məktəbi bağlamaq qərarından üzüldüyümüzü və narahatlığımızı bir daha ifadə etmək istərdik. Bu son qərarla azlıqların ibtidai məktəblərinin yarıdan çoxu bağlandı və sayı 103-ə endirildi”.

Qeyd edək ki, Batı Trakyada 250 civarında türk məktəbi olub…

Mission News Theme by Compete Themes.