Press "Enter" to skip to content

“YAŞAT”çılar Türkiyədə müalicə alan yaralı qaziləri ziyarət edib

Bayraqdar.info – “YAŞAT” Fondunun əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyədə səfərdə olub. Səfər zamanı heyət Qarabağ qaziləri olan ağır yaralıların müalicə şəraiti və proseduru ilə maraqlanıb, həkim heyəti ilə görüşlər keçirib.

Bu barədə bayraqdar.info-ya avqustun 12-də “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, İstanbul, Bursa və Kocaeli şəhərlərində keçirilən görüşlər zamanı ağır yaralıların müalicəsi istiqamətində ciddi irəliləyişlərin olduğu müşahidə olunub.

Xatırladaq ki, Türkiyəyə müalicə üçün göndərilən ağır yaralıların müalicə və gündəlik xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanır. Eyni zamanda Fond tərəfindən onlara müalicə müddətində aylıq xərclik verilir.

Fond bu günə qədər 123 ağır yaralını müalicə üçün Türkiyəyə göndərilib.

Mission News Theme by Compete Themes.