Press "Enter" to skip to content

419 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

Bayraqdar.info –Məşğulluq marafonu”na qoşularaq şəhid ailələri üzvlərinin, Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək olan işəgötürənlərin sayı artmaqda davam edir.

Bu barədə bayraqdar.info-ya avqustun 13-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirlik tərəfindən başladılan marafonda bu günədək işəgötürənlərin sayı artıq 405-ə çatıb.
Onlardan 195-i dövlət, 210-ü özəl müəssisələrdir.

Marafona qoşulan işəgötürənlərin 245-i xidmət, 108-i emal, 33-ü kənd təsərrüfatı, 19-u tikinti sahəsinə aiddir.

İşəgötürənlər tərəfindən marafona təqdim edilən vakansiyaların sayı isə 1783-ə çatıb.

Həmin vakansiyalar üzrə artıq 419 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Onlardan 322-si qazi, qalanları şəhid ailəsi üzvləridir.

Mission News Theme by Compete Themes.