Press "Enter" to skip to content

419 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

Bayraqdar.info – “Məşğulluq marafonu”na qoşularaq şəhid ailələri üzvlərinin, Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək olan işəgötürənlərin sayı artmaqda davam edir.

Bu barədə bayraqdar.info-ya avqustun 13-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirlik tərəfindən başladılan marafonda bu günədək işəgötürənlərin sayı artıq 405-ə çatıb.
Onlardan 195-i dövlət, 210-ü özəl müəssisələrdir.

Marafona qoşulan işəgötürənlərin 245-i xidmət, 108-i emal, 33-ü kənd təsərrüfatı, 19-u tikinti sahəsinə aiddir.

İşəgötürənlər tərəfindən marafona təqdim edilən vakansiyaların sayı isə 1783-ə çatıb.

Həmin vakansiyalar üzrə artıq 419 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Onlardan 322-si qazi, qalanları şəhid ailəsi üzvləridir.

Mission News Theme by Compete Themes.