Press "Enter" to skip to content

Media nümayəndələri Yevlax Reabilitasiya Mərkəzində olublar

Bayraqdar.info – Prezident İlham Əliyevin tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən son illərdə reabilitasiya infrastukturunun müasir tələblərə uyğun qurulması istiqamətində mühüm işlər görülüb. 2019-2020-ci illərdə və cari ilin ilk rübündə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidən qurmadan sonra istifadəyə verilib. Müasir avadanlıqlarla təchiz edilmiş həmin müəssisələrdə qazilərə keyfiyyətli reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilməkdədir. Onlardan biri də ƏƏSMN-nin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Yevlax Reabilitasiya Mərkəzidir.

Bu barədə Yevlax Reabilitasiya Mərkəzinə təşkil edilən mediaturda məlumat verilib.

Nazirlikdən avqustun 13-də bayraqdar.info-ya verlən məlumata görə, mediaturda məqsəd Vətən müharibəsi qazilərinə göstərilən reabilitasiya və sosial-psixoloji xidmətlərlə tanış olmaqdır.

Media nümayəndələri Yevlax Reabilitasiya Mərkəzində Vətən müharibəsi qaziləri ilə bağlı aparılan reabilitasiya işləri ilə tanış olub, göstərilən xidmətlər barədə qazilərin fikirlərini öyrəniblər. Müəssisədə yeni müasir tibbi-reabilitasiya avadanlıqlarından istifadə olunmaqla və səmərəli fizioterapevtik prosedurlar, həmçinin müalicəvi bədən tərbiyəsi, massaj, ozonoterapiya, elektrofarez və digər prosedurlar tətbiq edilməklə reabilitasiya xidmətləri göstərilir.

Jurnalistlərə reabilitasiya sistemində elektron texnologiyaların geniş tətbiqi işləri barədə də məlumat verilib.

Mission News Theme by Compete Themes.