Press "Enter" to skip to content

Memar olmaq istəyənlər avqustun 20-dək qeydiyyatdan keçməlidir

Bayraqdar.info – I ixtisas qrupuna aid memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər (subbakalavrlar) qabiliyyət imtahanında iştirak etmək üçün avqustun 20-dək DİM-in saytında qeydiyyatdan keçməlidirlər.

Bu barədə avqustun 13-də Dövlət İmtahan Mərkəzindən bayraqdar.info-ya verilən məlumatda bildirilir.

“Memarlıq ixtisası üzrə xüsusi qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, memarlıq ixtisasını da seçə bilərlər.

“Qeyd edək ki, memarlıq ixtisasına qəbul olmaq üçün müsabiqədə I ixtisas qrupu üzrə imtahan vermiş, ümumi balı 200 və daha yuxarı olan və Qabiliyyət İmtahanı Komissiyasından məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) iştirak edə bilərlər. İmtahanların 24-25 avqust tarixlərində keçirilməsi nəzərdə tutulur. QİK-in tərkibinə memarlıq ixtisası üzrə ekspertlər daxildirlər”, – deyə DİM-in məlumatında vurğulanır.

Həmçinin, o da bildirilir ki, qeydiyyatdan keçən abituriyentlərə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcək.

“Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (o cümlədən memarlıq) üzrə məlumatlar 2021-ci ildə nəşr edilmiş “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında verilib”, – deyə məlumatda bu da qeyd edilib.

Mission News Theme by Compete Themes.