Press "Enter" to skip to content

Dövlət Agentliyinin nümayəndə heyəti Türkiyəyə səfər edib

Bayraqdar.info – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Türkiyəyə səfər edib. Səfərdə məqsəd Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi və digər əlaqəli qurumlarla görüşlərin keçirilməsi olub.

Bu barədə bayraqdar.info-ya avqustun 14-də Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı 25 fevral 2020-ci il tarixində tərəflər arasında imzalanmış Anlaşma Memorandumunun tətbiqi çərçivəsində həyata keçirilən işlər və planlaşdırılan layihələr barədə müzakirələr aparılıb. Eyni zamanda 2022-2024-cü illəri əhatə edəcək üçillik Fəaliyyət Planının layihəsinin hazırlanması ilə əlaqədar ilkin razılığa gəlinib.

Həmçinin görüş zamanı Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiasiyasının fəaliyyəti ilə əlaqədar danışıqlar həyata keçirilib. Xatırladaq ki, Assosiasiya 2019-cu ilin iyununda Bakıda keçirilmiş “BMT Dövlət Xidmətləri Forumu” çərçivəsində təsis olunub.

Mission News Theme by Compete Themes.