Press "Enter" to skip to content

Ermənistan bu dəfə Tovuz istiqamətində atəş açdı

Müdafiə Nazirliyi

Bayraqdar.info – “Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 13-ü saat 23:05-də Berd rayonunun Çinari kəndi ərazisində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.”

Xəbəri avqustun 14-də Müdafiə Nazirliyi yayıb.

Daha sonra bildirilir ki, “Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”.

Mission News Theme by Compete Themes.