Press "Enter" to skip to content

İlham Əliyevdən CNN Türk vasitəsilə çox önəmli açıqlamalar – VİDEO

Bayraqdar.info – Avqustun 14-ü axşam efirində CNN Türk efirində Azərbaycan Prezidenti İlham Əliyevlə bir saatlıq müsahibə yayımlanıb. Müsahibə yayımlanmağa başladığı andan sosial mediada geniş müzakirələrə səbəb olub. Çünki təqdim edilən suallar və onlara verilən cavablar nəinki Azərbaycan, ümumiyyətlə bölgə ilə işləyən bütün dairələri maraqlandıran keyfiyyətdə idi.

CNN Türkün suallarına cavab olaraq Prezident İ.Əliyev 44 günlük Vətən savaşındakı qələbənin səbəbini, özəlliklə də bu işdə Türkiyənin qardaş dəstəyini ayrıca vurğulayıb. O, eyni zamanda Pakistanın da Azərbaycanın yanında olduğunu bildirib. İ.Əliyevin sözlərinə görə, bu haqq savaşında Azərbaycana sözün həqiqi anlamında qardaş yardımını yalnız bu iki ölkə göstərib.

Daha sonra Prezident Rusiyanın Ermənistanı silahlandırmasına da toxunub. O, bundan Azərbaycanın narahat olduğunu növbəti dəfə dilə gətirib. Prezidentin bu məqamda işlətdiyi ifadə isə olduqca diqqətçəkicidir: “Rusiya Azərbaycanın qonşusu, Ermənistanın yaxın müttəfiqidir”.

Ermənistanın 44 günlük savaşda biabırçı məğlubiyyətinə baxmayaraq yenə də hərbi çağırışlar etməsinə də toxunan Prezident deyib ki, “görünür, onlar dərs çıxarmayıblar. Əgər yeni bir dərs lazımdırsa, biz bunu verməyə hazırıq”.

Ümumiyyətlə olduqca maraqla məqamlarla zəngin olan müsahibənin hələ uzun müddət müzakirə ediləcəyi şübhəsizdir.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.