Press "Enter" to skip to content

Əfqanıstandakı Azərbaycan əsgərlərinin həyatı üçün təhlükə yoxdur

Müdafiə Nazirliyi

Son yeniləmə: 16 Avqust 2021 15:53

Bayraqdar.info – “Kabil beynəlxalq hava limanının Azərbaycan sülhməramlılarının mühafizə və müdafiə etdikləri sektorunda hazırda gərginlik mövcud deyil. Şəxsi heyətin həyatı üçün heç bir təhlükə yoxdur.

“Bölgədə mövcud gərgin vəziyyətdən asılı olmayaraq, Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir”.

Xəbər bayraqdar.info-ya avqustun 16-da Müdafiə Nazirliyindən verilib.

Mission News Theme by Compete Themes.