Press "Enter" to skip to content

Azərbaycan karateçiləri Avropa çempionatında iştirak edəcək

Bayraqdar.info – Azərbaycanın yeniyetmə və gənc karateçiləri avqustun 20-22-də Finlandiyanın Tampere şəhərində Avropa çempionatında iştirak edəcəklər.

Bu barədə avqustun 16-da Azərbaycan Milli Karate Federasiyası (AMKF) Mətbuat xidmətindən bayraqdar.info-ya bildirilib.

Xəbərdə qeyd edilir ki, qitə çempionatında federasiyanın milli komandasının heyətində 14-15 yaşlı yeniyetmələr arasında 10, 16-17 yaşlı gənclərdə 8, 18-21 yaşadək gənclər arasında isə 10 karateçi yer alıb.

“Turnirə kumite üzrə yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyev, böyük məşqçilərdən Seymur Xudaverdiyev, Nağı Mehdiyev, Şahin Atamov, Niyazi Əliyev və Anar Əhmədov (kata) yollanır.

“Beynəlxalq hakimlər Cahangir Babayev, Şahin Xudaverdiyev, Vüqar Kərimov və Mais Mədətov yarışın hakimləri arasında olacaq. Hakimlərdən dərəcəsini artırmaq üçün M.Mədətov, beynəlxalq kateqoriya almaq üçün isə Vüsal İsrafilov və Seymur Məmmədov Avropa Karate Federasiyasının (EKF) Hakimlər komitəsinə imtahan verəcəklər”, – deyə xəbərdə qeyd edilir.

O da bildirlir ki, yeniyetmə və gənclərin 48-ci, 21 yaşadək gənclərin isə 13-cü Avropa çempionatında 45 ölkədən mindən çox idmançı mübarizə aparacaq.

Mission News Theme by Compete Themes.