Press "Enter" to skip to content

Sağlamlıq imkanları məhdud uşaqlara reabilitasiya xidmətləri

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət sifarişi əsasında daha bir layihə icra olunur. “Sağlamlıq imkanları məhdud uşaqların sosial reablitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” adlı layihə çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlara reabilitasiya xidmətləri göstərilir.

Bu barədə bayraqdar.info-ya avqustun 16-da Nazirlikdən məlumat verilib.

Bildirilib ki, layihə üzrə Bakıda və ölkəmizin bölgələrində sosial reablitasiya mərkəzləri təşkil olunub. Həmin mərkəzlərdə autizm, daun sindromlu, eləcə də digər fiziki məhdudiyyətli uşaqlara reabilitasiya xidmətləri həyata keçirilir. Habelə bacarıqlarının inkişaf etdirilməsi üçün hər biri ilə fərdi plan əsasında iş aparılır. Məqsəd sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına, onların cəmiyyətə inteqrasiyasında ailələrin bilik və bacarıqlarının inkişafına dəstək verilməsidir.

Qeyd edilib ki, yeni layihə üzrə bu il 5 minə yaxın uşağın sosial reabilitasiyaya cəlb olunması nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.