Press "Enter" to skip to content

Məktəbə hazırlıq qruplarına qəbulla bağlı 45 minə yaxın müraciət

Bayraqdar.info – 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbə hazırlıq qruplarına uşaqların qəbulu davam edir. Qəbul prosesi elektron portal vasitəsilə aparılır.

Təhsil Nazirliyindən avqustun 17-də bayraqdar.info-ya verilən xəbərdə deyilir ki, bu günədək Respublika üzrə ümumilikdə 43 min 53 nəfər məktəbə hazırlığa qəbul üçün elektron sorğu yerləşdirib. Onlardan 36 min 378 nəfəri Azərbaycan, 6 min 675 nəfəri isə rus bölməsi üzrədir.

“Dövlət ümumi təhsil müəssisələrinin məktəbə hazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq”, – deyə Nazirliyin xəbərində qeyd edilir.

Mission News Theme by Compete Themes.