Press "Enter" to skip to content

Özünüməşğulluq proqramı çərçivəsində daha 805 şəxsə aktivlər verilib

Bayraqdar.info – Özünüməşğulluq proqramı çərçivəsində ötən həftə daha 805 şəxs mal və materiallar formasında aktivlərlə təmin olunub.

Qeyd edək ki, bu proqram Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilir.

Bu barədə bayraqdar.info-ya avqustun 17-də ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, verilmiş aktivlər hesabına onlar kiçik müəssisə və təsərrüfatlarını yaradıblar. Həmin şəxslərdən əksəriyyəti şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, o cümlədən 44 günlük Vətən müharibəsinin qaziləridir.

Proqrama cəlb olunan şəxslərin əvvəlcə kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlara yiyələnmələri üçün təlimlər təşkil olunur. Təlimləri uğurla başa vuran şəxslər seçdikləri özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.

Mission News Theme by Compete Themes.