Press "Enter" to skip to content

ABŞ və tərəfdaşları Əfqanıstanda qadınlarla bağlı bəyanat verdi

ABŞ Dövlət Departamenti

Bayraqdar.info – Əfqanıstanda terrorçu Talibanın faktiki hakimiyyəti ələ keçirməsi bu ölkədə qadınların və qızların hüquqları ilə bağlı ciddi əndişəyə səbəb olub. Ona görə də bir sıra beynəlxalq qurumlar, dünya dövlətləri və mütərəqqi bəşəriyyət məsələyə fövqəladə diqqət göstərməkdədir. Belə diqqət göstərənlər sırasında ABŞ da var.

Avqustun 18-də ABŞ Dövlət Departamentindən bayraqdar.info-ya daxil olan məlumata görə, bu ölkə bir neçə başqa ölkəylə bağlı Əfqanıstanda qadınların və qızların durumuna aid bəyanatla çıxış edib.

“Biz Əfqanıstanda qadınların və qızların halı, onların təhsil, iş və həkətət azadlığı hüquqlarıyla bağlı ciddi rahatsızlıq keçiririk. Biz Əfqanıstanın hər tərəfindəki səlahiyyət sahiblərini və rəsmiləri onların müdafiəsini təmin etməyə çağırırıq”, – deyə bəyanatda bildirilir.

“Əfqan qadın və qızları da bütün əfqan xalqı kimi təhlükəsiz və layiqli yaşamağı haqq edir. Hər hansı ayrıseçkilik və zorakılığın qarşısı alınmalıdır. Biz beynəlxalq ictimaiyyət olaraq onlara humanitar yardım və dəstəklə kömək etməyə, onların səsinin eşidilməsinə yardımçı olmağa hazırıq.” Bu sözlər də eyni bəyanatdandır.

“Biz istənilən gələcək hökumətin ötən 20 il ərzində Əfqanıstan qadınlarının və qızlarının həyat tərzinə çevrilmiş hüquq və azadlıqlarını necə təmin edəcəyini diqqətdə saxlayacağıq”, – deyə bəyanat müəllifləri qeyd edib.

Əlavə edək ki, bəyanatı ABŞ-la bərabər Albaniya, Argentina, Avstraliya, Braziliya, Kanada, Çili, Kolumbiya, Kosta Rika, Ekvador, Salvador, Avropa Birliyi, Honduras, Qvatemala, Quzey Makedoniya, Yeni Zelandiya, Norveç, Paraqvay, Seneqal, İsveçrə və Böyük Britaniya imzalayıb.

Mission News Theme by Compete Themes.