Press "Enter" to skip to content

İtaliya mediası İlham Əliyevin CNN Türk-ə müsahibəsinə geniş yer verib

Bayraqdar.info – Azərbaycanın İtaliyadakı səfirliyindən avqustun 18-də bayraqdar.info-ya daxil olan xəbərə görə, həmin ölkənin mediası Prezident İlham Əliyevin bir neçə gün öncə CNN Türk-ə verdiyi müsahibəyə geniş yer ayırıb.

Səfirliyin məlumatında bildirilir ki, İtaliyanın Kmetro0, EurasianewsAgenzia Nova kimi media qurumları sözügedən müsahibəni işıqlandırıb.

“Prezident İlham Əliyev: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdırsa, bölgəyə sülh gələcək” sərlövhəli yazılarda qeyd olunur ki, “CNN Türk-ə müsahibəsində Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpası və Ermənistanın hərbi işğalına son qoyulması üçün görülmüş tədbirlərdən, 2-ci Qarabağ müharibəsi və onun nəticələrindən, müharibədən sonra bölgədəki vəziyyətdən, bölgədə uzunmüddətli sülhün təmin edilməsi və buna nail olmaq üçün atılacaq addımlardan bəhs edib”.

İtaliya mediasından yayımlanan yazılarda Prezident İ.Əliyevin sözügedən müsahibəsindən sitatlara da yer verilib.

Mission News Theme by Compete Themes.