Press "Enter" to skip to content

Qırğızıstan Əfqanıstanla bağlı Qazaxıstana təşəkkür edib

Bayraqdar.info – Avqustun 18-də Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi ilə telefon əlaqəsi saxlayıb.

Bu haqda xəbər bayraqdar.info-ya Qırğızıstan XİN-dən daxil olub.

R.Kazakbayev iki ölkə arasındakı münasibətlərdən məmnunluq ifadə edərək Qazaxıstanın 15 Qırğızıstan vətəndaşını Əfqanıstandan çıxarmasına görə təşəkkür edib. O, eyni zamanda Qırğızıstanın Kabildəki səfirliyinə Qazaxıstan tərəfinin göstərdiyi köməyə görə də minnətdarlıq edib. Qırğız nazir bu hərəkəti iki ölkə arasındakı qardaşlıq, müttəfiqlik və xoş qonşuluq münasibətlərinin təzahürü kimi dəyərləndirib.

M.Tleuberdi isə öz növbəsində bundan sonra da Əfqanıstandakı Qırğızıstan diplomatlarına və vətəndaşlarına gərəkli dəstəyi verməyə hazır olduqlarını deyib.

Tərəflər Əfqanıstandakı durumla bağlı fəaliyyətlərini əlaqələndirməklə bağlı razılığa gəliblər.

Sonda tərəflər nüvə silahından azad zona üzrə Müqavilənin iştirakçısı olan ölkələrin xarici işlər nazirlərinin Nur-Sultan şəhərində keçiriləcək görüşünə hazırlıq haqqında da fikir mübadiləsi aparıblar.

Mission News Theme by Compete Themes.