Press "Enter" to skip to content

Türk Keneşinin Baş katibi Qırğızıstanın baş konsulunu qəbul edib

Bayraqdar.info – Türk Keneşinin Baş katibi Bağdad Amreyev avqustun 18-də Qırğızıstanın İstanbuldakı baş konsulu Lira Sıdıkovanı qəbul edib. Baş konsul Baş katibliyə nəzakət ziyarəti gerçəkləşdirib.

Xəbəri avqustun 18-da Türk Keneşi yayıb.

L.Sıdıkova Baş katibə qəbul üçün təşəkkür edərək ölkəsinin Türk Keneşi üzvü olaraq digər üzv dövlətlərlə geniş əhatəli münasibətləri haqqında bilgi verib.

B.Amreyev də öz növbəsində Qırğızıstanın üzv-dövlətlər arasındakı mühüm yeri haqqında danışıb. O, ölkənin Keneşə verdiyi faydaya görə təşəkkürünü ifadə edib.

Xəbərdə daha sonra deyilir ki, “tərəflər Türk Keneşinin gündəmində yer alan fəaliyyətləri, çeşidli inkişaf layihələrinin həyata keçirilməsinə yönəlik çalışmaları və ilişkilərin gəlişdirilməsi üçün ortaq cəhdləri müzakirə etdilər. Ayrıca mövcud bölgəsəl və beynəlxalq məsələlər, özəlliklə Əfqanıstandakı durum haqqında fikir mübadiləsi etdilər”.

Mission News Theme by Compete Themes.