Press "Enter" to skip to content

66 saylı marşrutun hərəkət sxemində müvəqqəti dəyişiklik

Bayraqdar.info – Bakı Nəqliyyat Agentliyi sərnişinlərin nəzərinə çatdırır ki, Nizami İsmayılov küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərə uyğun olaraq 66 nömrəli müntəzəm marşrutun hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.

Dəyişikliyə əsasən marşrutun hərəkət sxemi müvəqqəti olaraq Yusif Eyvazov, Etibar Bəkirli, Cəlal Qurbanov, Zaur Şərifov, Sakit Qocayev küçələrindən keçməklə təşkil ediləcək.

Dəyişiklik təmir işləri yekunlaşanadək qüvvədə olacaq.

Mission News Theme by Compete Themes.