Press "Enter" to skip to content

Bakı Limanında ətraf mühitin qorunması üçün daha bir strategiya

Bayraqdar.info – “Ekologiyanın qorunmasını və yaxşılaşdırılmasını hər zaman ən vacib prioritet olaraq qəbul edən Bakı Limanı, bu hədəf çərçivəsində bir sıra beynəlxalq layihələrin icrasını uğurla yekunlaşdırıb. Liman regionda “Yaşıl liman” statusuna malik ilk liman adını qazanıb. Üstəlik, Avropa Dəniz Limanları Təşkilatı tərəfindən bu il yenidən “EcoPorts” sertifakatına layiq görülüb. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Bakı Limanının əməliyyat potensialının gücləndirilməsinə dəstək – faza 2” layihəsi çərçivəsində Liman ətraf mühitin mühafizəsi üçün bir sıra uğurlu fəaliyyətlər həyata keçirib. Ekoloji risklərin minimuma endirilməsi üçün proaktiv qabaqlayıcı tədbirlər tətbiq edilib”.

Bu xəbər avqustun 19-da “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bayraqdar.info-ya verilib.

Xəbərdə qeyd edilir ki, növbəti istiqamət olaraq Liman mövcud ekoloji inkişaf konsepsiyası çərçivəsində hava keyfiyyətinə nəzarətin gücləndirilməsinə dair istixana qazları emissiyasının 2035-ci ilə qədər “0”a endirilməsini hədəfləyib.

“Elə bunun üçün də beynəlxalq ekspertlərlə birgə “Bakı Limanı 2035 – CO2 zero emission” üzrə uzun müddətli strategiya hazırlanıb və avqustun 19-da Limanın rəhbərliyinə təqdim edilib.

“Tədbirdə bir daha vurğulanıb ki, yeni strategiya əsas baza rolunu oynayacaq və bu istiqamətdə atılacaq əməli addımlarla Limanda hədəfə nail olunacaq”, – deyə xəbərdə deyilir.

Mission News Theme by Compete Themes.