Press "Enter" to skip to content

BNA-dan faydalı yenilik: “Dəyişən küçələr” – VİDEO

Bayraqdar.info – Bakı Nəqliyyat Agentliyi hərəkət iştirakçıları üçün avqustun 19-dan etibarən “Dəyişən küçələr” rubrikasına başlayıb.

BNA-dan avqustun 19-da verilən xəbərdə deyilir:

“Bu rubrika çərçivəsində Siz Bakı şəhərinin yol infrastrukturunda edilən dəyişikliklərlə bağlı davamlı olaraq məlumatlandırılacaq və eyni zamanda maariflənəcəksiniz.

“Rubrikamızın ilk buraxılışında Yavər Əliyev və Səməd bəy Mehmandarov küçələrinin kəsişməsində edilən dəyişikliyi sizin diqqətinizə çatdırırıq. Belə ki, aparılan təhlillər əsasında kəsişmədə işıqfor obyektləri quraşdırılıb, eyni zamanda, Nazim İsmayılov və Yavər Əliyev küçələrinin kəsişməsindəki işıqfor obyektləri ləğv edilib”, – deyə BNA bildirib.

Mission News Theme by Compete Themes.