Press "Enter" to skip to content

Kuzey Kıbrıs Cümhurbaşqanlığından ciddi qınama

Bayraqdar.info – “Kıbrıs rum tərəfinin turizm və ətraf mühit nazirimizi ziyarət edən Hollandiya Parlamentinin üzvü Liane Den Haana reaksiyası, köhnəlmiş zehniyyətlərin yeni təzahürüdür. Diplomatik nəzakət qaydalarına məhəl qoymadan edilən bu açıqlamaları və arxasındakı zehniyyəti qınayırıq.”

Bu fikirlər hollandiyalı deputatın Kuzey Kıbrıs ziyarətinə rum tərəfinin reaksiyası ilə bağlı KKTC Cümhurbaşqanlığının açıqlamasında öz əksini tapıb.

Açıqlamada daha sonra deyilir: “1963-cü ildə bərabər qurucusu olduğumuz ortaq Cümhuriyyətdən Kıbrıs türklərini güc yolu ilə kənara ataraq Kıbrıs adasının yeganə sahibi kimi hərəkət edən rum tərəfi Kıbrıs türklərini qanuni hüquqlarından məhrum edərək onları təcrid və məhdudiyyət altında yaşamağa məcbur edir”.

Bildirilib ki, rum tərəfi sülh mədəniyyətindən uzaq bir anlayışla demək olar ki, hər gün Kıbrıs türkünün beynəlxalq təmaslarının qarşısını almağa çalışır. Bu anlayışın son qurbanı hollandiyalı millət vəkili Haan oldu.

“Kıbrıs türk xalqının hər hansı bir xarici məmurla görüşməsinə belə dözə bilməyənlər, əslində bu əməllərilə “50 ildən artıqdır davam edən Kıbrıs probleminin niyə həll edilmədiyi” sualını cavablandırmış olurlar”, – deyə daha sonra bildirilib.

Mission News Theme by Compete Themes.