Press "Enter" to skip to content

Mühəndis-istehkam bölmələri ilə məşqlər keçirilir – VİDEO

Bayraqdar.info – “Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi məşqlər keçirilir.”

Xəbər bayraqdar.info-ya avqustun 19-da Müdafiə Nazirliyindən verilib.

Xəbərdə bildirilir ki, məşqlər zamanı çətin relyefli ərazidə şərti düşmənin qurduğu mühəndis maneələrindən piyada və döyüş texnikası üçün keçidlər açılır, kolon yolları hazırlanır, maneələr üzərində körpülər qurulur.

Hərbi mühəndislər taktiki-xüsusi məşqlər zamanı qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirir.

Mission News Theme by Compete Themes.