Press "Enter" to skip to content

Peşə təhsilinə qəbul üçün qeydiyyatın bitməsinə az qaldı

Bayraqdar.info – “20 avqust saat 18:00-dək peşə təhsili müəssisələrinə 2021-2022-ci tədris ili üzrə tələbə qəbulu davam edəcək. Peşə təhsili almaq istəyən şəxslər portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçməlidirlər”.

Bunu bayraqdar.info-ya avqustun 19-da Təhsil Nazirliyinin Mətbuat xidmətindən bildiriblər.

Xəbərdə qeyd edilir ki, qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.

“Müraciət edən şəxslərin nəticələri barədə məlumatın “Şəxsi kabinetim” bölümündə yerləşdirilməsi və SMS bildiriş vasitəsilə də təqdim edilməsi nəzərdə tutulur”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.