Press "Enter" to skip to content

SABAH qruplarında müəllim işləmək imkanı

Bayraqdar.info – Təhsil Nazirliyinin SABAH qruplarında 2021-2022-ci tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müraciətlərin qəbulu davam edir.

Təhsil Nazirliyindən avqustun 19-da bayraqdar.info-ya verilən xəbərdə deyilir ki, namizədlər 21 avqust saat 00:00-dək müraciət edə bilər.

“Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda, müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.

“Hər bir namizəd ən çoxu 2 fənn üzrə müraciət edə bilər.

“Müsabiqə barədə ətraflı məlumatı bu keçidə daxil olaraq əldə edə bilərsiniz”, – deyə Nazirlikdən bildirilib.

Mission News Theme by Compete Themes.