Press "Enter" to skip to content

Sentyabrdan Türkiyədə ənənəvi təhsil bərpa edilir – VİDEO

Mahmut Özer

Son yeniləmə: 19 Avqust 2021 22:56

Bayraqdar.info – Türkiyənin milli təhsil naziri Mahmut Özer avqustun 19-da bildirib ki, cari il sentyabrın 6-dan başlayaraq bütün səviyyələrdən olan məktəblərdə ənənəvi – üz-üzə təhsil bərpa ediləcək.

Xəbəri Türkiyə Milli Təhsil Nazirliyi yayıb.

Nazir əlavə edib ki, təhsilin bərpa edilməsilə bərabər məktəblərdə intensiv dezinfeksiya işləri də aparılacaq.

M.Özer onu da deyib ki, üzrlü səbəbdən dərslərə qatıla bilməyənlər TRT EBA TV və EBA platforması üzərindən dərslərə davam edə biləcəklər.

Nazir müəllim və ata-analara da çağırış edib. O, koronavirusdan qorunmaq üçün hər kəsin peyvəndləməyə ciddi yanaşmalı olduğunu deyib.

Mission News Theme by Compete Themes.