Press "Enter" to skip to content

Bir qrup jurnalist KKTC-nin yeni təmsilçisinin qəbulunda olub

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Azərbaycana yeni təyin edilmiş təmsilçisi Mustafa Kemal Beyazbayramın media təmsilçiləri ilə görüşləri davam edir.

Avqustun 20-də belə görüşlərdən biri daha bir qrup jurnalistlə keçirilib.

KKTC təmsilçisi ölkəsinin Azərbaycanda növbəti təmsilçisi olaraq özü haqqında bilgi verib, qarşılıqlı tanışlıq olub.

Bundan sonra KKTC ilə Azərbaycan arasında münasibətlər, iki qardaş ölkə xalqlarının əlaqələrinin daha da genişləndirilməsi yönündə fikir mübadiləsi aparılıb.

M.K.Beyazbayram uzun illərə dayanan diplomatik təcrübə sahibi olaraq Azərbaycanda vəzifə başında olmasından məmnunluğunu dilə gətirib.

Azərbaycan jurnalistləri də öz növbəsində qardaş ölkə olan KKTC ilə bağlı ictimai rəyi məlumatlandırmaq, iki ölkə mediası və toplumu arasında münasibətlərin daha da intensivləşdirilməsinə yardımçı olmaq istəklərini dilə gətiriblər.

Geniş fikir mübadiləsi ilə keçən görüşdə belə təmasların davam etdirilməsi yönündə ortaq qərara gəlinib.

Əlavə edək ki, yeni təmsilçi ilə qeyd olunan görüşləri KKTC-nin Bakıdakı təmsilçiyinin media ilə ilişkilərinə məsul olan Tevfik Ulual təşkil edir.

Onu da qeyd edək ki, görüş iştirakçıları arasında bayraqdar.info-nun qurucu-redaktoru Azər Həsrət də olub.

Mission News Theme by Compete Themes.