Press "Enter" to skip to content

“Dəniz Kuboku” müsabiqəsində iştirak edən dənizçilər İrandadır

Bayraqdar.info – “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində “Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün yola düşən HDQ-nin hərbi qulluqçuları İranın Ənzəli şəhərində qarşılanıb.

Avqustun 20-də Müdafiə Nazirlyindən bayraqdar.info-ya verilən məlumata görə, qarşılanma mərasimində İran Hərbi Dəniz Donanmasının nümayəndə heyəti və media nümayəndələri iştirak edib.

“Hər iki ölkənin dövlət himni səsləndirildikdən sonra İran nümayəndə heyətinin rəhbəri, birinci dərəcəli kapitan Muhəmməd Vəkili Azərbaycan hərbi dənizçilərini salamlayaraq onları ölkələrində görməkdən məmnunluğunu ifadə edib.

“Azərbaycan nümayəndə heyətinin rəhbəri, birinci dərəcəli kapitan Həbib Xəlilov təntənəli qarşılanmaya və göstərilən diqqətə görə iranlı həmkarına minnətdarlığını bildirib.

“Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb”, – deyə məumatda qeyd edilir.

Mission News Theme by Compete Themes.