Press "Enter" to skip to content

Dünya Uyğur Qurultayı 7-ci Baş Məclisinə hazırlaşır

Bayraqdar.info – Dünya Uyğur Qurultayı özünün 7-ci Baş Məclisinə hazırlaşır. Bu məqsədlə avqustun 22-sində dünyanın 25 ölkəsində Məclisdə iştirak etmək üçün ümumilikdə 200 nümayəndənin seçkisi keçiriləcək.

DUQ-dan bayraqdar.info-ya daxil olan bilgiyə görə, 7-ci Baş Məclis bu ilin sonunda keçiriləcək. Məclisdə DUQ-un yeni təmsilçiləri, o cümlədən İdarə Heyətinin üzvləri və prezidenti seçiləcək. Onların səlahiyyət müddəti növbəti üç ili əhatə edəcək.

Qeyd edək ki, DUQ Çin dövlətinin rəsmən basqı və nəzarət altında tutduğu 20 milyonluq Doğu Türküstan uyğurunun xaricdəki təmsilçisi kimi dünya dövlətləri və beynəlxalq təşkilatlarla işləyir. Əsas məqsəd yox edilməyə buraxılmış Doğu Türküstan uyğurlarının səsini eşitdirmək, mütərəqqi bəşəriyyətin yardımıyla onları Çin zülmündən xilas etməkdir.

Mission News Theme by Compete Themes.