Press "Enter" to skip to content

KKTC Cümhurbaşqanı “tısbağa festivalı”na qatılıb

Bayraqdar.info – “Tısbağaları və ətraf mühiti qorumaq insanlığın vəzifəsidir”. Bunu KKTC Cümhurbaşqanı Ersin Tatar “Caretta Caretta Festival”ında çıxışı zamanı deyib.

Bu barədə KKTC Cümhurbaşqanlığından məlumat verilib. Bildirilib ki, festival Kuzey Kıbrıs Ətraf Mədəni İrs Vəqfi və Lefkoşa Mərkəzi Aslanlar Klubu ilə əməkdaşlıq çərçivəsində Güzelyalı sahilində keçirilir.

E.Tatar, tədbirdəki çıxışında ətraf mühiti və təbiəti sevən insanlarla, o cümlədən uşaqlarla birlikdə olmaqdan xoşbəxt olduğunu dilə gətirib. Cümhurbaşqanı Kuzey Kıbrıs Ətraf Mədəni İrs Vəqfini, Lefkoşa Mərkəzi Aslanlar Klubunu və Lapta Bələdiyyəsi işçilərini, ümumilkdə bu işdə əməyi keçən hər kəsi təbrik edib.

Məlumat üçün bildirək ki, “caretta caretta” dəniz tısbağası növüdür. Yumurta qoymaqdan başqa heç vaxt sahilə çıxmayan bu tısbağa növü Ağdəniz (Aralıpq dənizi) sahillərində yayılıb.

Bu tısbağaların təxminən 106 milyon ildir Yer kürəsində olduqları düşünülür. İnsanların daha çox ərazilərdə məskən salması və ətraf mühitin çirklənməsi səbəbindən bu tısbağaların nəsli getdikcə tükənməkdədir. Ona görə də hər il Ağdəniz sahillərində ayrı-ayrı şəhərlərdə bu tısbağalarla bağlı müxtəlif tədbir və festivallar keçirilir. O cümlədən KKTC-də də artıq ikinci ildir ki, “Caretta Caretta Festivalı” keçirilir.

Mission News Theme by Compete Themes.