Press "Enter" to skip to content

Pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı – ödənişlər

Bayraqdar.info – Bu ilin yanvar-iyul aylarında pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 4,4 faiz çox olmaqla 3,5 milyard manat ödənilib.

Bu barədə bayraqdar.info-ya avqustun 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edir.

Qeyd olunub ki, bəhs edilən müddətdə Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən sözügedən istiqamətlər üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 148 milyon 800 min manat çox vəsait ödənilib.

Mission News Theme by Compete Themes.