Press "Enter" to skip to content

Şahmat üzrə Avropa çempionatının qalib və mükafatçıları

Bayraqdar.info – Avqustun 20-də Rumıniyanın Yassı şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının sonuncu turunun oyunları keçiriləcək.

Bu barədə avqustun 20-də bayraqdar.info-ya Azərbaycan Şahmat Federasiyasından xəbər verilib.

“Çempionatın sonuncu turunda Gülnar Məmmədova Sophie Millier (Fransa), Günay Məmmədzadə Leia Garifullina (Rusiya), Xanım Balacayeva Aleksandra Maltsevskaya (Rusiya), Gövhər Beydullayeva Nurgül Səlimova (ECU), Ülviyyə Fətəliyeva Trang Hoang (Macarıstan), Türkan Mammədyarova Monika Rozman (Sloveniya), Zeynəb Məmmədyarova Marina Makropoulou (Yunanıstan), Xəyalə Abdulla Aleksandra Tarasenko (Belarus), Ayan Allahverdiyeva Veronika Kostina (İsveçrə), Nəsrin Babayeva Andrea Nastase (Rumıniya) ilə mübarizə aparacaq.

“Qitə çempionatında ötən turların nəticəsinə görə, G.Məmmədova 6-cı, G.Məmmədzadə 11-ci, G.Beydullayeva 26-cı, X.Balacayeva 31-ci, Ü.Fətəliyeva 38-ci, Zeynəb Məmmədyarova 59-cu, T.Məmmədyarova 67-ci, X.Abdulla 71-ci, N.Babayeva 88-ci, A.Allahverdiyeva 101-ci yerdədirlər”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.