Press "Enter" to skip to content

Türkiyə Cümhurbaşqanı Rusiya Prezidenti ilə mühüm müzakirə aparıb

Bayraqdar.info – Bu barədə Türkiyə Cümhurbaşkanı Recep Tayyip Erdoğan avqustun 21-də öz sosial media hesabında paylaşım edib.

Dövlət başçıları keçən həftə Kahramanmaraşda yanğına müdaxilə edərkən qəzaya uğrayan Rusiya təyyarəsində həyatını itirmiş Türkiyə və Rusiya vətəndaşlarına görə qarşılıqlı başsağlığı diləyiblər.

Türkiyə və Rusiyanın enerji sahəsindəki işbirliyinə böyük önəm verdiyini bildirən R.T.Erdoğan bu sahədəki fəaliyyətin nişanələrindən biri olan Türk Axınından qaz axışının artırılmasını gözlədiklərini də ifadə edib.

Tərəflər Əfqanıstandakı hadisələrə də toxunublar.

R.T.Erdoğan Kabil Havalimanının təhlükəsizliyi və idarə edilməsi məsuliyyətini uyğun şərtlərin mövcudluğu halında gələcəkdə də davam etdirə biləcəklərini; Türkiyənin yeridəcəyi bu təşəbbüsün başda beynəlxalq ictimaiyyət və əfqan xalqı olmaq üzrə bütün tərəflərin narahatlıqlarının aradan qaldırılmasına töhfə verəcəyini deyib.

Türkiyə rəhbəri Əfqanıstanda yumşaq bir keçid olmasını təmənna etdiklərini bildirərək Talibanın keçmişdəki səhvlərini təkrarlamamasının, bütün etnik qruplara yönəlmiş qucaqlayıcı bir anlayışla hərəkət etməsinin və verdiyi sözləri həyata keçirməsinin önəmli olduğunu vurğulayıb.

R.T.Erdoğan Əfqanıstanda qurulacaq yeni hökumətin də əfqan xalqının çeşidliliyini əks etdirəcək şəkildə əhatə edici və təmsil edici olmasının gərək olduğunu söyləyib.

Türkiyə Cümhurbaşqanı Kabildə Taliban və Əfqanıstan liderləri arasında sülh və təhlükəsizlik mövzularında görüşlərin başlamasının ümidverici olduğunu ifadə edib.

Bu mərhələdə Taliban ilə dialoq kanallarının açıq tutulması, qəti şərtlərə əsaslanmış yanaşma yerinə mərhələli bir xəttin izlənməsinin gərək olduğunu söyləyib.

Talibanın verdiyi mülayim mesajları indilik müsbət qarşılacayaqlarını deyən R.T.Erdoğan onların sözlərinin yox, əməllərinin qarşıdakı dövrü üçün həlledici olacağını bildirib.

R.T.Erdoğan Rusiya Prezidenti V.Putinlə Əfqanıstanda qarşıdakı dövrdə qurulucaq kökumətlə inkişaf etdirələcək əlaqələr xüsusunda da koordinasiya mövzusunda razılaşıb.

Mission News Theme by Compete Themes.