Press "Enter" to skip to content

Rusiyanın Krım tatarlarına qarşı “tədbirlərinə” reaksiya

Son yeniləmə: 22 Avqust 2021 21:41

Bayraqdar.info – Krım Tatar Milli Məclisinin başqanı Refat Çubar Krım Platforması ərəfəsində və Ukraynanın müstəqilliyinin 30-cu ildönümündə Rusiyanın Krım tatarlarına qarşı tətbiq etdiyi “tədbirlərə” reaksiya verib.

Kırım Haber Ajansının xəbərinə görə, Krım Platforması və Ukraynanın müstəqilliyinin 30 illiyi öncəsi Rusiyanın sanksiyalarına reaksiyalar artmaqdadır. KTMM-nin başqanı R.Çubar Krım Platforması ərəfəsində və Ukraynanın müstəqilliyinin 30-cu ildönümündə rus işğalçıların işğal edilən Krımda KTMM üzvləri və Krım Tatar Qurultayı nümayəndələri də daxil olmaqla tatarlara qarşı “tədbirlər” görməsinə münasibət bildirib.

R.Çubar deyib: “Krım Platforması ərəfəsində və Ukraynanın müstəqilliyinin 30-cu ildönümündə müvəqqəti olaraq işğal edilən Krımda rus cəzalandırıcılar təbii ki, Məclis (KTMM) üzvləri və Krım Tatar Qurultayı nümayəndələri də daxil olmaqla Ukraynanın müstəqillik gününə həsr olunmuş tədbirlərdə iştirakının qəbul edilməzliyi mövzusunda xəbərdarlıq etdikləri Krım tatarlarına qarşı “tədbirlər” görürlər.”

Əlavə edək ki, Krım Platforması bir sıra dövlət rəhbərləri və siyasi ekspertlərin iştirakıyla avqustun 23-də Kiyevdə keçiriləcək. Platforma Rusiyanın işğalı altında tutulan Krımın probleminə dünyanın diqqətini cəlb etmək məqsədilə Ukrayna Prezidenti Volodimir Zelenskinin təşəbbüsüylə keçirilir.

Mission News Theme by Compete Themes.