Press "Enter" to skip to content

Bu il ödənişsiz təhsil almaq üçün yeni imkanlar yaradılıb

Bayraqdar.info – “İxtisas seçimi zamanı 15 ixtisası seçmək vacib deyil. Abituriyent 5 ixtisas da seçə bilər, 3 ixtisas da. Həmçinin ixtisas seçimi zamanı abituriyentin yaşadığı şəhərdə, yoxsa başqa şəhərdə yaşamaq imkanını, ödənişli və ödənişsiz təhsili almaq imkanını da nəzərə almaq lazımdır.”

Bu sözləri Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə avqustun 23-də DİM-in feysbuk səhifəsi vasitəsilə II və III ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərə bəzi məsələlər haqqında məlumat verərkən deyib.

O, bildirib ki, Prezidentin Sərəncamına əsasən müvafiq kateqoriyadan olan Azərbaycan vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (bütün mərhələ və cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

– Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
– şəhid ailəsinin üzvləri;
– valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
– məcburi köçkün statusu olan şəxslər;
– I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

M.Abbaszadə, həmçinin Təhsil Tələbə Krediti Fondunun yaradıldığını xatırladıb.

Mission News Theme by Compete Themes.