Press "Enter" to skip to content

Ersin Tatar: Suveren bərabərliyə əsaslanan iki dövlətli həll modeli artıq bir reallıqdır

Ersin Tatar

Son yeniləmə: 23 Avqust 2021 16:16

Bayraqdar.info – “Suveren bərabərliyə əsaslanan iki dövlətli həll modeli artıq bir reallıqdır.” Bunu KKTC Cümhurbaşqanı Ersin Tatar Türk Ajansı Kıbrıs-a (TAK) açıqlamasında deyib. E.Tatar Kıbrısda iki ayrı xalq, iki ayrı bölgə, iki ayrı dövlət, iki ayrı demokratiyanın olduğunu bildirib. KKTC Cümhurbaşqanı “Financial Times” qəzetinə verdiyi müsahibədə də bunları vurğuladığını və heç vaxt irqçilikdən danışmadığını təkrarlayıb.

KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, TAK-a açıqlamasında E.Tatar BMT-nin yüksək vəzifəli rəsmisi Jane Holl Lute-nin danışıqlar aparmaq üçün avqustun sonu-sentyabrın əvvəlində adaya gəlməsinin planlaşdırıldığını da bildirib.

O, həmçinin BMT Təhlükəsizlik Şurasının toplantılarının keçirildiyi Nyu-Yorka sentyabrda səfərin planlaşdırıldığını da vurğulayıb: “Bu il prezident olaraq mən və xarici işlər nazirimiz Tahsin bəy heyətlərimizlə birlikdə Nyu-Yorka gedəcəyik. Həm Baş katiblə, həm də digər rəsmilərlə görüşmək imkanımız olacaq. Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan da orada olacaq. Onunla da görüşümüz olacaq. Komandalarımız təcrübəlidir və işlərinə davam edirlər. Ergün Olgunla yanaşı illərdir Nyu-Yorkda olan Osman Ertuğ da yanımızda olacaq.”

Mission News Theme by Compete Themes.