Press "Enter" to skip to content

Hərbçilərimiz “Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlıq keçir

Bayraqdar.info – Hərbçilərimizin “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlığı davam edir.

Bu barədə bayraqdar.info-ya avqustun 23-də Müdafiə Nazirliyindən xəbər verilib.

Xəbərdə qeyd edilir ki, növbəti gündə heyətin atəş mövqelərini tutması və komanda müşahidə məntəqələrinə açılması, minaatan qurğularının döyüşə və səfərə hazır vəziyyətinə gətirilməsi, tuşlanması, doldurulması və döyüş atışının icra olunması tapşırıqları məşq olunub.

“Artilleriyaçıların çətin keçilən ərazidə döyüş texnikasının idarə edilməsi və döyüş şəraitində tətbiqi üzrə vərdişləri təkmilləşdirilib.

“Dünyanın 10 ölkəsindən olan artilleriyaçıların iştirak etdiyi müsabiqədə silah və döyüş texnikası ilə mərhələlər üzrə müxtəlif tapşırıqlar yerinə yetiriləcək”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.