Press "Enter" to skip to content

Müdafiə nazirinin müavini Moskvada səfərdədir

Müdafiə Nazirliyi

Bayraqdar.info – Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov “Beynəlxalq Ordu Oyunları – 2021” yarışlarının açılış mərasimində iştirak etmək üçün Moskvada səfərdədir.

Bu barədə bayraqdar.info-ya avqustun 23-də Müdafiə Nazirliyindən xəbər verilib.

“Qeyd edək ki, Azərbaycan hərbçiləri yarışlar çərçivəsində Rusiyada “Tank biatlonu” və “Mədəniyyət Ordusu”, İran İslam Respublikasında “Dəniz kuboku”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak edir”, – deyə Naziriyin xəbərində qeyd edilir.

Mission News Theme by Compete Themes.