Press "Enter" to skip to content

Növbəti “Açıq mikrofon” Abşeron rayonunun Məhəmmədi kəndində olacaq

“Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası davam edir.

Avqustun 23-də İB-dən bayraqdar.info-ya bildirilib ki, bu dəfə səyyar qəbul otağı avqustun 24-də Abşeron rayonunun Məhəmmədi kəndində qurulacaq.

“Aksiya səhər saat 10:00-dan 12:00-a qədər hər kəsin üzünə açıq olacaq. Sakinlər “Açıq mikrofon”un imkanlarından istifadə edərək problemlərini, təkliflərini rahat şəkildə səsləndirə bilərlər. Bu, “Azəriqaz”ın sayca 7-ci aksiyasıdır. Təcrübə göstərir ki, bu tip aksiyaların alternativi yoxdur. Effektivlik, maksimum nəticə əsas hədəfdir”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.