Press "Enter" to skip to content

Prezident bir qrup yanğınsöndürəni mükafatlandırdı

Prezident İlham Əliyev

Son yeniləmə: 23 Avqust 2021 16:44

Bayraqdar.info – Avqustun 23-də Prezident İlham Əliyevin Sərəncamı ilə Türkiyə Cümhuriyyətində meşə yanğınlarının söndürülməsində iştirak etmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları mükafatlandırılıb.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Məlumatda göstərilir ki, Sərəncama əsasən, Türkiyə Cümhuriyyətində meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşların mükafatlandırılması üçün Azərbaycanın 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan FHN-ə 1,0 (bir) milyon manat vəsait ayrılıb.

Daha sonra Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, həmçinin, Sərəncamdan irəli gələn məsələləri həll etmək isə Nazirlər Kabinetinə tapşırılıb.

Mission News Theme by Compete Themes.