Press "Enter" to skip to content

Vərəmin aşkarlanmasına dəstək məqsədilə səyyar müayinələr həyata keçirilir

Bayraqdar.info – “Sağlamlığa Xidmət İctimai Birliyi” kafe və restoran işçilərinin ağciyərlərinin səyyar rentgen müayinəsinin aparılmasına başlayıb. İctimai Birlikdən bayraqdar.info-ya bildirilib ki, müayinələr Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin dəstəyi və razılığı ilə həyata keçirilir.

Qeyd edilib ki, müayinələr Yaponiya istehsalı, müasir, portativ və süni intellekt üstünlüyü olan rentgen qurğusu vasitəsilə təşkil olunur. QHT bu işi tam könüllü və ödənişsiz şəkildə həyata keçirir. Patologiya aşkar olunmuş şəxslərin müvafiq dövlət səhiyyə müəssisəsi ilə əlaqələndirilərək, lazımi digər müayinələrdən keçmələri tövsiyyə olunur.

Növbəti günlərdə digər ictimai iaşə obyektlərində də kütləvi rentgen müayinələri təşkil ediləcək. Bu müayinələr süni intellekt vasitəsi ilə vərəm xəstəliyinin erkən aşkarlanmasında və yoluxma sayının minimuma endirilməsində böyük rol oynayır.

Qeyd edək ki, 2021-ci ilin may ayından etibarən kütləvi müayinələrə başlayan təşkilat Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə birgə vərəmin aşkarlanmasına dəstək məqsədilə Qobupark yaşayış massivi və Sumqayıt şəhərində 400-ə yaxın vətəndaşı rentgen müayinəsindən keçirmişdi.

Mission News Theme by Compete Themes.