Press "Enter" to skip to content

Daha 7 qazi sağalaraq Vətənə qayıdıb

Son yeniləmə: 24 Avqust 2021 18:15

Bayraqdar.info – Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən daha 7 qazi sağalaraq Vətənə geri dönüb.

Bu barədə bayraqdar.info-ya avqustun 24-də “ASAN Xidmət”dən məlumat verilib.

Bildirilib ki, qazilərin Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

O da vurğulanıb ki, “YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 54 qazinin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir. “YAŞAT” Fondu qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Mission News Theme by Compete Themes.