Press "Enter" to skip to content

Qürbətdən qaytarılan xalçalar seyrçilərə təqdim ediləcək

Bayraqdar.info – Avqustun 26-da Azərbaycan Milli Xalça Muzeyi növbəti aksiyaya başlayır.
Bu münasibətlə Muzey vətəndaşlara müraciət edib.

Muzeydən avqustun 24-də bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, Muzey avqustun 26-da saat 18:30-da növbəti aksiya keçirəcək. “Bələdçilərimiz sizi qürbətdən Vətənə qaytarılan əsrarəngiz xalçalarla yaxından tanış edəcək. Aksiya çərçivəsində muzeyə giriş və bələdçi xidməti pulsuzdur.

“Karantin qaydalarına əsasən, ekskursiya yalnız 10 nəfərlik qruplarla təşkil olunacaq”, – deyə Muzeydən bildirilir.

Mission News Theme by Compete Themes.