Press "Enter" to skip to content

TƏBİB-in ekoloqlarla görüşündə tibbi tullantıların idarə olunmasından danışılıb

Bayraqdar.info – Tibbi tullantıların idarə olunması işinin təkmilləşdirilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində işçi qrupun birinci iclası keçirilib.

Bu barədə bayraqdar.info-ya avqustun 24-də TƏBİB-dən bildirilib.

Görüşdə Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Səhiyyə nazirlkləri, Bakı Şəhər İcra Hakimiyyəti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri iştirak edib.

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru, işçi qrupun rəhbəri Ramal Bağırov tibbi tullantıların idarə olunması ilə bağlı dünya praktikasından söz açıb.

O bildirib ki, müasir texnologiyaların tətbiqi ilə əlaqədar işçilərin təlimlərə cəlb edilməsi vacibdir.

“Daha sonra TƏBİB-in əməkdaşı, işçi qrupun katibi Gülnarə Yusifova hazırlanmış sənədləri qrup üzvlərinə təqdim edib.

“Sonda üzvlər arasında prosesin təkmilləşdirilməsi ilə bağlı mövcud vəziyyət müzakirə edilib, verilmiş təkliflər dəyərləndirilib”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.